ABŞ-da etiraz aksiyalarında iki nəfər ölüb, bir nəfər yaralanıb

  • Space TV
  • 26 Avqust 2020 15:33

ABŞ-ın Kenoşa şəhərində polisin afro-amerikalını vurması nəticəsində başlayan etirazların üçüncü gecəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Spacetv.az ABC telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisi bildirib: “Atışmada iki nəfər ölüb və bir nəfər ağır yaralanıb, lakin onun həyati təhlükəsi yoxdur və yaralı şəxs xəstəxanaya yerləşdirilib. Ölənləri şəxsiyyətləri  hələ müəyyənləşdirilməyib. Faktla bağlı araşdırma başladılıb”, polisin açıqlamasında qeyd olunub.  Yerli KİV son iğtişaşın etirazçılar və yanacaqdoldurma məntəqəsini qoruyan silahlı şəxslər arasındakı qarşıdurmadan qaynaqlandığını bildirib.
Qeyd edək ki, avqustun 23-də afro-amerikalı Ceykap Bleyk polis tərəfindən vurulduqdan sonra Kenoşada iğtişaşlar başlayıb.

Paylaş

 Xəbəriniz olsun