ABŞ-da dəhşətli meşə yanğınları davam edir – Minlərlə insan köçürüldü

  • SpaceTV
  • 29 Oktyabr 2019 17:51

Kaliforniyada keçən həftədən bəri davam edən meşə yanğınlarını nəzarət altına almaq üçün əməliyyatlar davam etdirilir.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, Los-Anceles Yanğınsöndürmə Təşkilatından verilən açıqlamada “Getty” adı verilən meşə yanğınlarının məşhurların villalarının yerləşdiyi bölgəni təhdid etməyə başladığı bildirilib.

Aralarında məşhur basketbolçu Lebron Ceymsin də olduğu minlərlə insanın köçürüldüyü bölgədə 2 min 600 insanın elektriksiz qaldığı, 10 min insanın təcili sığınacağa ehtiyacının olduğu qeyd edilib.

100-ə qədər binanın yanmasına səbəb olan yanğınlar nəticəsində 2 yanğınsöndürənin də ağır yaralandığı məlumatı verilib.

Paylaş

 Xəbəriniz olsun