ABŞ-da dəhşətli meşə yanğınları: 6 min ev təhlükə altındadır – VİDEO

  • Space TV
  • 19 Avqust 2020 15:15

ABŞ-ın Kaliforniya ştatında 2 həftədir davam edən meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib. Spacetv.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, federal və yerli hüquq-mühafizə orqanlarının təhlükəli isti hava şəraitində yanğınlara qarşı mübarizə apardığı, bir çox evin və binanın yararsız hala düşdüyü, 6 minə yaxın evin isə təhlükə altında olduğu bildirilib.Yanğının söndürülməsi üçün qonşu ştatlardan da kömək gətirilir.

Nəzarətdən çıxan yanğının qonşu əyalət olan Nevadanın dağlıq bölgələrinə yayıldığı bildirilib. Bölgədəki 15 minə yaxın insanın təxliyəsi üçün əmr verilib.

Yanğınla mübarizəyə təxminən 1500 yanğınsöndürən, 6 təyyarə, 12 tam təchiz edilmiş helikopter və təxminən 150 yanğınsöndürən maşın cəlb edilib.

https://www.youtube.com/watch?v=QGOA4YQFxEc
Paylaş

 Xəbəriniz olsun