ABŞ-da COVID-19-a yoluxanların sayı 700-ü keçdi

  • Space TV
  • 10 Mart 2020 15:23

ABŞ-da yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 709 nəfərə çatıb.

MK-nın xəbərinə görə, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti açıqlama yayıb.

Açıqlamaya görə, virusa yoluxanların 22-si həyatını itirib.

CNN isə yerli hakimiyyət, ştatlar və federal sanitariya orqanlarının məlumatlarını ümumiləşdirərək, virusa 717 yoluxma və 26 ölüm faktı olduğu barədə məlumat yayıb.

Paylaş

 Xəbəriniz olsun