ABŞ-da Corc Floyd adına qanun layihəsi qəbul edilib

  • Space TV
  • 5 Mart 2021 10:02

ABŞ Konqresinin Nümayəndələr Palatasında Corc Floyd adına Polis İslahatı barədə qanun layihəsi qəbul edilib.

Spacetv.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Belə ki, “Corc Floyd adına Polisin işində ədalət haqqında akt” adlandırılan qanun layihəsi palatanın 220 üzvü tərəfindən dəstəklənərək qəbul edilib.

Qanun layihəsi həbs zamanı boğma fəndindən istifadənin qadağan edilməsini, şübhəli şəxslərin dini və ya irqi zəmində ayrıseçkiliyə məruz qalmasını, habelə polisə vəzifəsindən sui-istifadə etməyə icazə verən toxunulmazlıq qanununun dəyişdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, Minnepolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olmuşdu.

Paylaş

 Xəbəriniz olsun