ABŞ-da böyük məbləğdə cek-pot uduldu

  • Space TV
  • 22 Yanvar 2021 10:13

ABŞ-ın Merilend ştatının sakini “Powerball” lotoreyasında 731 milyon dollar məbləğində cek pot udub.

Spacetv.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilir ki, biletin sahibi 29 il ərzində hissə-hissə ödəniləcək 731 milyon dollarla 546 milyon dollarlıq birdəfəlik ödəmə arasında seçim edə biləcək.

Qeyd olunur ki, bu, “Powerball” lotereyasının tarixindəki ən böyük beşinci cek-pot uduşudur.

Paylaş

 Xəbəriniz olsun