ABŞ-da avtomobili etirazçıların üstünə sürüb insanlara atəş açdılar

  • Space TV
  • 8 İyun 2020 10:54

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində bir şəxs avtomobili etirazçıların üstünə sürüb.

“The Seattle Times”ın xəbərinə görə, bundan sonra həmin şəxs avtomobildən düşərək insanlara atəş açıb.

Bir nəfərin xəsarət aldığı bildirilir. Xəstəxanaya çatdırılan həmin şəxsin vəziyyəti stabildir.

Sürücü tutulub. Polis hadisəni araşdırır.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Cors Floydun öldürülməsindən sonra kütləvi iğtişaşlar başlayıb.

Paylaş

 Xəbəriniz olsun