ABŞ-da atışma baş verib

  • SpaceTV
  • 16 Noyabr 2019 11:26

Noyabrın 15-də ABŞ-ın Kaliforniya ştatındakı Santa-Klarita şəhərində məktəbdə atəş açan və iki şagirdi öldürməkdə şübhəli bilinən gənc xəstəxanada ölüb.

SPACE TV-in məlumata görə, bu barədə cümə günü NBC telekanalı xəbər verib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrə görə, şübhəli bilinən 16 yaşlı Nataniel Berhou eyni təhsil ocağında oxuyub.

Məlumatda şübhəlinin məktəb binasında 3 şagirdi yaraladığı, 2-nin isə öldürdüyü bildirilir.

Hüquq-mühafizə orqanları gəncin hücumu əvvəlcədən planlaşdırdığını qeyd etdilər. Onun hansı motivlər əsasında hərəkət etdiyi dəqiqləşdirilməyib.

Paylaş

 Xəbəriniz olsun