ABŞ-da anomal hava şəraiti: Temperatur bir gündə 30-33 dərəcə aşağı düşdü, qar yağdı

  • Space TV
  • 8 Sentyabr 2020 15:28

ABŞ-da mütəxəssislərin verdiyi proqnoza uyğun olaraq bir sıra ştatlarda havanın temperaturu bir gündə 30-33 dərəcə aşağı düşüb.

Spacetv.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Havanın temperaturunun soyuması ilə birlikdə Montana və Kolorado ştatlarına sentyabr ayında qar yağıb.

Bir gün əvvəl 30-35 dərəcə olan temperatur, 1-3 dərəcəyə qədər düşüb. Mütəxəssislər bunu “qütb burulğanı” (polar vortex) adlanan təbiət hadisəsi ilə əlaqələndiriblər.

Paylaş

 Xəbəriniz olsun