ABŞ-da ağır yol qəzası: 133 avtomobil bir-birinə çırpıldı

  • Space TV
  • 12 Fevral 2021 10:39

ABŞ-ın Texas ştatında ağır yol nəqliyyat hadisəsinin yeni görüntüləri yayımlanıb. 

“Dallas Morning News” xəbər verir ki, yolun buz bağlaması səbəbindən 133 avtomobil bir-birinə çırpılıb. 

Son məlumata əsasən, qəza nəticəsində altı nəfər həlak olub, 65 nəfər xəsarət alıb.

Paylaş

 Xəbəriniz olsun