ABŞ-da 3 nəfər saxlanılıb

  • SpaceTV
  • 19 Avqust 2019 11:59

Space.TV-Xarici mətbuata istinadən xəbər verir ki, ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimai yerlərdə və ya qaldıqları ştatlarda insanları güllələməyi planlaşdıran üç nəfəri saxlayıblar. Qeyd olunub ki, həbslər son bir neçə gündə həyata keçirilib. Xüsusəndə Konnektikutda, 22 yaşlı Brandon Vaqşol saxlanılıb.

Vaqşol öz “Facebook” hesabında ictimai yerlərdə olan insanlara atəş açmaq niyyətini bildirib və böyük bir mağaza almaq istəyində olduğunu yazıb.  Müstəntiqlər onun evində bir neçə ədəd odlu silah, həmçinin xüsusi avadanlıqlar aşkar ediblər.

Florida ştatında isə  25 yaşlı Tristan Skott Viksi saxlayıb. Gənc oğlanın insanları öldürmək barədə niyyətini polislərə onun sevgilisi deyib. O, azı 100 nəfəri qətlə yetirmək istədiyini və bunun üçün ən münasib yerin məktəb olduğunu bildirib. Polislər skott Viksidən  ov tüfəngi müsadirə ediblər.

Ohayo ştatında isə polis 20 yaşlı Ceyms Patrik Reardonu həbs edib. Polislərin fikrincə, ultra-sağ görüşlərə malik olan gənc Yonqstoun şəhərindəki yəhudi icmasının üzvlərini güllələmək istəyirmiş. Onun evindən bir neçə ədəd odlu silah aşkarlanaraq, götürülüb.

Paylaş

 Xəbəriniz olsun