ABŞ-da 23 nəfər koronavirus peyvəndi vurulduqdan sonra ölüb

  • Space TV
  • 19 Fevral 2021 14:25

ABŞ səlahiyyətliləri Nyu-York ştatında koronavirus peyvəndindən sonra baş verən 23 ölüm hadisəsini araşdırırlar.

Bu barədə “RİA Novosti”yə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, hazırda ölümlərlə qəbul edilən dərman arasında əlaqə təsdiqlənməyib.

Son məlumatlara əsasən, ştatda COVID-19 peyvəndindən sonra 643 nəfərdə əks göstərişlər müşahidə olunub.

Mərkəzin nümayəndəsi deyib ki, hazırda peyvəndlərin təhlükəsizliyinə problem yaradan hansısa dəlil yoxdur.

Paylaş

 Xəbəriniz olsun