ABŞ-da 21 yaşı tamam olmayan şəxslərə siqaret satılmayacaq

  • Space TV
  • 20 Dekabr 2019 11:12

ABŞ Konqresinin qəbul etdiyi qərara əsasən, ölkə ərazisində 21 yaşına çatmamış şəxslərə siqaret satılmayacaq. 

“RİA Novosti” xəbər verir ki, ABŞ Parlamentinin hər iki palatasının qəbul etdiyi qərar ölkə büdcəsinə daxil edilib. 

Beləliklə, ABŞ-da 21 yaşına çatmamış gənclər spirtli içkilərlə yanaşı, tütün məmulatlarını ala bilməyəcəklər.

Hazırda bu qayda artıq 19 ştatda tətbiq olunur. 

Qeyd etmək lazımdır ki, ölkə Prezidenti Donald Tramp bu addımı dəstəkləyənlər sırasındadır.

Bu qərarın qəbul olunması məktəblərdə müşahidə olunan kütləvi veypinq dəbi və onlarla insanın elektron siqaret istifadə edərkən ölməsi ilə bağlıdır.

Paylaş

 Xəbəriniz olsun