ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb

  • Space TV
  • 20 Yanvar 2021 17:43

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) 20 Yanvar faciəsinin 31-cu ildönümünə həsr olunmuş məktub kampaniyasına başlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, məktubda Qara Yanvar faciəsinin səbəbləri, Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin xalqımıza qarşı insanlığa zidd hərbi cinayət törətməsi, Bakı faciəsinin Budapeşt (1956) və Praqa (1968) hadisələrini xatırlatdığı barədə ətraflı məlumat verilib.

USAN 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ABŞ-da və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları fəal olmağa, faciəyə aid fotoları, materialları və məktubları aşağıdakı link vasitəsilə vəzifəli şəxslərə və yerli mətbuata ünvanlamağa çağırıblar.

Məktub kampaniyasına bu linkdən qoşulmaq olar.  

Paylaş

 Xəbəriniz olsun