ABŞ-da 17 ildən sonra ilk dəfə qaradərili cinayətkar edam edildi

  • SpaceTV
  • 25 Sentyabr 2020 10:02

ABŞ-da 17 ildən sonra ilk dəfə qaradərili cinayətkar barəsində edam hökmü verilib.

Spacetv.az-ın məlumatına görə, xəbəri “Associated Press” agentliyi yayıb.

Qeyd olunur ki, Kristofer Vialvaya adlı məhkum 1999-cu ildə Texasda dindar cütlüyü öldürməkdə təqsirli bilinib.

Afroamerikalı İndiana ştatının Terre-Hot şəhərindəki həbsxanada ölümcül inyeksiya yolu ilə edam edilib.

Qeyd olunur ki, son dəfə ABŞ-da federal səviyyədə edam hökmü 2003-cü ildə verilib.

Paylaş

 Xəbəriniz olsun