ABŞ-da 10 nəfər yaralanıb

  • SpaceTV
  • 31 Avqust 2019 10:41

ABŞ-ın Mobil şəhərində idman stadionunda baş verən atışma nəticəsində azı 10 nəfər yaralanıb.

Space TV -nin xəbərinə görə, bu barədə NBC telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə “LeFlor” və “Vilyamson” komandaları arasında “Ledd Piblz” stadionunda baş tutan futbol matçından sonra baş verib.

Şəhər polisi atışma nəticəsində 15-18 yaş arası azı 10 nəfərin yaralandığını təsdiqləyib. Yaralılar xəstəxanalara yerləşdirilib, onlardan beşinin vəziyyəti ağırdır.

Paylaş

 Xəbəriniz olsun