ABŞ-da əczaçılıq şirkəti koronavirus peyvəndinin sınaqlarını dayandırdı

  • Space TV
  • 13 Oktyabr 2020 14:43

ABŞ-da əczaçılıq şirkəti “Johnson & Johnson” koronavirus peyvəndinin sınaqlarını son mərhələdə dayandırıb.

Spacetv.az məlumatına görə, “Haber7” xəbər verir ki, bu, könüllü şəxsdə xəstəlik müşahidə edildikdən sonra baş verib.

Əczaçılıq nəhəngi xəstəliyin nə olduğunu ictimaiyyətə açıqlamayıb, lakin belə araşdırmalarda bu cür hadisələrin mümkünlüyünü bildirib.

Qeyd edilir ki, xəstəliyin peyvəndlə əlaqəli olub-olmadığı müəyyənləşənə qədər peyvəndin tədqiqi dayanadırılır.

Paylaş

 Xəbəriniz olsun