ABŞ Çin və Hindistan arasındakı vəziyyətin həllinə kömək etmək istəyir

  • Space TV
  • 5 Sentyabr 2020 11:57

Donald Tramp ABŞ-ın Çin və Hindistan arasındakı sərhəddəki vəziyyətin həllinə kömək etməyə hazır olduğunu deyib.

Spacetv.az-ın məlumatına görə, bu barədə RT xəbər yayır.

“Çin və Hindistana kömək etməyə hazırıq. Nəsə edə bilsək, iştirak etməkdən və kömək etməyimizdən məmnun olacağıq”, – deyə o bildirib.

Tramp dövlətlərin sərhədindəki vəziyyəti “çox xoşagəlməz” adlandırıb.

Qeyd edək ki, Hindistan Müdafiə Nazirliyi avqustun 29-dan 30-nə keçən gecə Ladax sərhəd bölgəsində Hindistan və Çin qoşunları arasında yeni toqquşma barədə xəbər yaymışdı.

Paylaş

 Xəbəriniz olsun