ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Çini öz beşinci nəsil qırıcı təyyarəsini hazırlamaq üçün ABŞ-ın “F-35” beşinci nəsil qırıcı təyyarəsinin texnologiyasını oğurlamaqda ittiham edib.
Space TV – Ria Novostyə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Ev rəsmisi məlumat verib.
“Hərbi texnologiyaların Çinə getməsindən narahatıq. Məsələn, Çinin beşinci nəsil qırıcı təyyarəsi “F-35”ə çox bənzəyir. Çünki elə “F-35”dir. Əslinə qalsa, onu bizdən oğurlayıblar”, – deyə o qeyd edib.
Daha əvvəl C.Bolton Rusiyanı da hipersəs silahlarını hazırlayarkən oğurladığı ABŞ texnologiyalarından yararlanmaqda ittiham etmişdi.