ABŞ “BMW” şirkətini araşdırmağa başlayıb

  • Space TV
  • 24 Dekabr 2019 16:21

ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) Almaniyanın avtomobil istehsalçısı “BMW AG” şirkətinin satış hesabatlarını araşdırmağa başlayıb.

SPACE TV  bu barədə xarici mətbuata istinadən xəbər verir.

“BMW” sözçüsü Fil Dilaneyi açıqlamasında avtomobil istehsalçısının araşdırma müddətində “SEC” ilə tam əməkdaşlıq edəcəyini bildirib.

Xatırladaq ki, keçən ay “BMW” Almaniyanın antiinhisar idarəsi tərəfindən polad alışlarında yol verdiyi qanun pozuntularına görə təxminən 28 mlrd avro (31 mlrd dollar) cərimələnib.

Paylaş

 Xəbəriniz olsun