ABŞ BMT TŞ-də məğlub olduğunu etiraf etdi

  • Space TV
  • 15 Avqust 2020 10:57

“ABŞ İrana qarşı silah embarqosunun uzadılması cəhdi zamanı məğlubiyyətə uğradı”.

Spacetv.az “Fox News”a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brayen deyib.

“Biz bu gün məğlubiyyətə uğradıq. Ancaq bu hələ son deyil”, – deyə müşavir bildirib.

O, həmçinin, bildirib ki, Almaniya, Fransa və Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasında ABŞ-ı dəstəkləməkdən imtinası onları məyus etsə də, təəccübləndirməyib.

Xatırladaq ki, avqustun 14-də BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana silah embarqosunun uzadılması ilə bağlı qətnaməsini dəstəkləməyib.

Paylaş

 Xəbəriniz olsun