ABŞ bazası rusların nəzarətinə keçdi

  • SpaceTV
  • 15 Noyabr 2019 11:40

Rusiya hərbi polisi Kobani şəhəri yaxınlığında əvvəllər ABŞ hərbi bazası yerləşən aerodromu nəzarətə götürüb.

SPACE TV xəbər verir ki, bu barədə RİA yazıb

Məlumata görə, rus hərbi polisi artıq aerodromun və həmçinin hərbi bazanın ərazisinin mühafizəsini təşkil edib. Obyektlərin perimetrinə əsasən patrul təşkil olunub, atəş mövqelərində keşik çəkilir.

Qeyd edək ki, ötən ay ABŞ ordusunun geri çəkilməsi ilə Rusiya hərbi polisi Kobaniyə yerləşmişdi.

Paylaş

 Xəbəriniz olsun