ABŞ Azərbaycanın ən çox məhsul ixrac etdiyi ilk beş ölkə sırasına qatıldı – FOTO

  • Space TV
  • 3 Dekabr 2020 11:27

2020-ci ilin oktyabr ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 162,8 milyon ABŞ dolları təşkil edib.

Spacetv.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektorunda yeyinti məhsullarının payı 48,8 faiz, qeyri-yeyinti sektoru üzrə isə 51,2 faiz təşkil edib.

Bu ilin oktyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya – 64,7 milyon ABŞ dolları, Türkiyəyə – 33,5  milyon ABŞ dolları, İsveçrəyə – 10,7 milyon ABŞ dolları, Gürcüstana – 9,5 milyon ABŞ dolları və ABŞ-a – 5,4 milyon ABŞ dolları – ixrac edilib.

Xatırladaq ki, sentyabr ayının qeyri-neft məhsulları üzrə ixrac icmalında ilk beş ölkə siyahısında ABŞ yer almamışdı. Ötən ay isə ölkə İranı siyahıdan çıxararaq, ixrac icmalında beşinci yerdə qərar tutub.  

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma – 19,7 milyon dollarlıq dəyərdə ixrac həcmi ilə birinci, qabığı təmizlənmiş meşə fındığı – 17 milyon ABŞ dollarlıq dəyərdə ixrac həcmi ilə ikinci, sair təzə meyvələr – 13,6 milyon ABŞ dollarlıq dəyərdə ixracla üçüncü yerdə qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun