ABŞ Azərbaycanı din azadlığının təmin olunduğu ölkələr siyahısına daxil etdi

  • Space TV
  • 23 Dekabr 2020 12:01

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) dünyada dini vəziyyətlə bağlı bəyanatı dərc edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, eyni zamanda ABŞ hökuməti tərəfindən din azadlığının pozulduğu ölkələrlə bağlı ictimaiyyətə məlumat verilib.

Dövlət Departamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi narahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla iki təsnifat üzrə qruplaşdırılıb.

“BDAK-ın bəyanatında komissiya tərəfindən dərc edilən 2020-ci il hesabatında növbəti dəfə ədalətsizliyə yol verilərək bir sıra ölkələrlə yanaşı, Azərbaycanın da “xüsusi izləmə“ siyahısına daxil olunması tövsiyəsi xatırladılıb. Lakin ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib”, – deyə Dövlət Komitəsindən bildirilib.

Paylaş

 Xəbəriniz olsun