ABŞ: Atəşkəsə əməl edilməlidir

  • SpaceTV
  • 20 Avqust 2019 15:24

ABŞ Dövlət Departamenti Suriyada Türkiyəyə məxsus hərbi karvanının atəşə tutulmasını qınayıb. Prezident Bəşər Əsədi və müttəfiqlərini atəşkəsə riayət etməyə çağırıb. Bu arada isə  İŞİD terror təşkilatı Suriya və İraqda qüvvələrini bərpa edir.

ABŞ Dövlət  Departamentin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs Twitter səhifəsində yazıb ki, “Bəşər Əsəd rejimi və müttəfiqləri indi İdlibdə atəşkəs rejiminə riayət etməlidi. O bildirib ki,   Türkiyəyə məxsus hərbi karvan ehtiyatsızlıq üzündən atəşə tutulub. Atəşkəsin pozulması nəticəsində humanitar missiyalı insanlar, mülki əhali əziyyət çəkir, ifrastruktur dağılır. Biz bu zorakılığı qınayırıq və atəşin dayandırılmasını istəyirik” deyə Ortequs yazıb.

  Qeyd edək ki, Türkiyənin NTV kanalının verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin zirehli maşınlarından ibarət karvan mövqeləri gücləndirmək məqsədilə İdlibdəki 7 nömrəli müşahidə postundan 9 nömrəli posta keçərkən Suriya qoşunlarının hücumuna məruz qalıb. Hökumət qüvvələri karvanın hərəkət etdiyi yolu vurub və zirehli maşınların yaxınlığında bir neçə mərmi partlayıb. Ehtimal olunan zərərin qarşısını almaq məqsədilə karvanın hərəkəti dayandırılıb və komandanlıq hadisə yerinə plotsuz aparatlar göndərib. İŞİD terror təşkilatı isə Suriya və İraqda qüvvələrini bərpa edir.  Bu barədə ABŞ və İraqdakı kəşfiyyat və hərbi mənbələr məlumat yayıblar.

 Bildirilir ki, İŞİD gücünü qaçqın düşərgələrindəki insanların terror təşkilatına qoşulması sayəsində artırır. İddiaya əsasən, təqribən 18 min silahlı səfərbər edilib. Onlar snayperlər vasitəsilə hücum təşkil edir, insanları qaçırdır, güc strukturları əməkdaşlarına və ictimai xadimlərə hücum edirlər. Nəşrin ehtimalına görə, İŞİD-in ehtiyatında təqribən 400 milyon dollar vəsait var. Terror qruplaşmasının rəhbərləri balıqçılığa, avtomobil biznesinə qoyulan vəsaitlərdən və narkotik qaçaqmalçılığından gəlir əldə edirlər.

Paylaş

 Xəbəriniz olsun