ABŞ admiralı Rusiya və Çinlə nüvə müharibəsi ehtimalından danışdı

  • Space TV
  • 3 Fevral 2021 12:57

ABŞ-ın Strateji Komandanlığının rəhbəri Admiral Çarlz Riçard Rusiya və Çinlə nüvə müharibəsi ehtimalı barədə danışıb.

Bu barədə “RİA Novosti” yazıb.

Ç.Riçard qeyd edib ki, SSRİ-nin süqutundan sonra Pentaqon nüvə nəhəngi ilə birbaşa hərbi toqquşma ehtimalını nəzərdən keçirməli olmayıb, ancaq indi vəziyyət dəyişib.

“Rusiya və Çinlə regional böhranın sürətlə nüvə silahının tətbiq olunacağı münaqişəyə çevrilməsi ilə bağlı real imkan mövcuddur”, – deyə Ç.Riçard bildirib.

Onun sözlərinə görə, bu hal adi silah növlərinin tətbiqi ilə baş vermiş müharibədə məğlubiyyət zamanı baş verə bilər. Ç.Riçard qeyd edib ki, Vaşinqtonun mümkün rəqibləri tərəfindən nüvə silahından istifadə etməməsii ehtimal etmək yanlışdır.

Admiral hesab edir ki, ABŞ-ın terorla mübarizəyə kökləndiyi bir vaxtda Rusiya və Çin aqressiv siyasət həyata keçirməyə başlayıblar:

“Biz onların aqressiv siyasətinin qarşısını almaq üçün daima rəqabət aparmalıyıq. Əgər belə olmasa, onlar fikirləşəcəklər ki, ABŞ cavab verə bilmir və ya vermək istəmir”. 

Paylaş

 Xəbəriniz olsun