Abituriyentlərin nəzərinə!

  • Space TV
  • 23 Aprel 2020 13:52

İmtahanlar üçün hər hansı güzəşlər nəzərdə tutulmayıb, qaydalar hamı üçün eynidir. Qaydalarda hər hansı dəyişikliklər olacaqsa, bu hamıya şamil ediləcək. Bu sözləri DİM-sədri Məleykə Abbaszadə onlayn keçirilən mətbuat konfransında bildirib.                                                                  

İmtahanlar zamanı sanitar-gigiyenik tələblərdə mütləq dəyişiklik ediləcək.          Əvvəllər bir partada iki nəfərin oturmasına icazə verilidisə, indi abituriyentlər partalarda bir-bir oturacaq və onların arasında metr yarım məsafə olacaq.  Binaların sanitar-gigiyenik qaydalara uyğun olaraq dezinfeksiya edilməsi də əsas şərtlərdəndir.                                     

Ekspertlər bu  qənaətdədirlər ki, bu il imtahanlarda sualların tərtib olunması, sualların ağırlıq dərəcəsi əvvəki illərlə müqaisədə xeyli yumşaldılmalıdır.

NURLAN OKTAYOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun