Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək növbəti
Bundestaq seçkilərindən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmayacağını
deyib.
B u barədə xanım kansler Almaniyanın şimalındakı Ştralsund şəhərində qəzet oxucuları ilə görüşündə deyib.
Space.TV- Xarici mətbuata istinadən xəbər verir ki, o, artıq
aktiv siyasətlə məşqul olmaq istəyində deyil: “Əlbəttə, mən siyasi şəxs olaraq
qalacağam, amma aktiv siyasi fəaliyyətlə məşğul olmayacağam”.
Merkel əlavə edib ki, siyasətdən uzaqlaşması o demək deyil ki, bu, Avropa
Birliyi səviyyəsində də olacaq.
Qeyd edək ki, Angela Merkel 2018-ci ilin sonunda Xristian Demokrat
Birliyinin sədri vəzifəsindən istefa etmişdi, ancaq kansler olaraq qaldı.
Dediyinə görə, dördüncü müddətini sonuna qədər – 2021-ci ilə qədər bitirmək
niyyətindədir.