99 yaşlı qadına şəxsiyyət vəsiqəsi verilib

  • SpaceTV
  • 10 Avqust 2019 12:21

 Space.TV-məlumat verir ki, Bərdədə şəxsiyyət vəsiqəsi olmadığı üçün bütün imtiyazlarından məhrum qalan 99 yaşlı qadına yeni şəxsiyyət vəsiqəsi verilib.

Bərdə rayon Mirzəxan ərazi nümayəndəliyininin Qaraqoyunlu kənd sakini 1920-ci il təvəllüdlü Mustafayeva Tuyğun İmran qızının yaxınları bu barədə Bərdə “ASAN xidmət” mərkəzinə müraciət edib. Araşdırmalar zamanı məlum olub ki, 99 yaşlı qadın sovetlər birliyi dağıldlqdan sonra şəxsiyyət vəsiqəsi almayıb. Bu səbəbdəndə Tuyğun Mustafayeva uzun illər təqaüd ala bilməyib.

Bərdə “ASAN xidmət” mərkəzi Tuyğun Mustafayevaya onun şəxsiyyətini təsdiq edən sənədi mobil səyyar vasitəsilə təqdim edib. Yaxın gələcəkdə 99 yaşlı nənə bütün imtiyazlarından yararlana biləcək.

Mərkəzdən onu da biliriblər ki, Bərdə “ASAN xidmət” mərkəzi hazırda 12 dövlət orqanı, özəl şirkət müəssisələri ilə birlikdə 320 dən çox xidməti vətəndaşlara təklif edir. Mərkəz Bərdə rayonu ilə yanaşı Yevlax, Ağdam, Füzuli, Laçın, Ağcabədi, Göyçay, Ağdaş, Ucar, Zərdab, Mingəçevir və Tərtər rayonlarında qeydiyyatda olan sakinlərə xidmət göstərir.

 Emin Babayev – Space

Paylaş

 Xəbəriniz olsun