“95 000 tələbə onlayın dərslərdən yararlanır”

  • SpaceTV
  • 28 Aprel 2020 10:00

Karantin müddətində 21 ali təhsil müəssisəsi onlayn formada dərslər keçir. Təxminən 95 min tələbə bu imkandan istifadə edir. bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı dedi. Nazir həmçinin online formada keçirilən dərslərin miqyasının genişləndirilməsi üçün bu imkanlardan bütün tələbələrin yararlanması üçün işlərin aparıldığını və bildirdi.

Brifinq zamanı repititor xidmətinə də toxunuldu. Bildirildi ki, belə məşğələlərin təşkili zamanı məsafənin saxlanması, sanitar normalara əməl olunması əsasdır.

Təhsil naziri Ceyhun Bayramov yay tətilinin ləğv olunma ehtimalına münasibət bildirdi. O qeyd etdi ki, bütün mövcud real vəziyyət, yerli konteks, insanların təhlükəsizliyi, şagirdlərin marağı, bütün prioritetlər nəzərə alınaraq dərslərin başlanması müddəti ilə bağlı qərar veriləcək.

Bildirildi ki, dərslər açılan zaman şagirdlərin partalarda məsafəli oturması və maskalardan istifadə etməsi həmin dövrdəki vəziyyətdən asılıdır. Buna  mütəxəssislərlə müzakirələrdən sonra qərar veriləcək”.

Orxan Şükür  SPACE TV

Paylaş

 Xəbəriniz olsun