91 yaşlı Tahir babadan nümunəvi addım – VİDEO

  • Space TV
  • 15 Oktyabr 2020 13:15

Vətən savaşı yeddidən yetmişə bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirib. Space TV xəbər verir ki, müxtəlif  təbəqələrdən olan  insanlar arxa cəbhədə şücaətli ordumuza dəstək üçün  əlindən gələni əsirgəmir.

Azərbaycanın haqlı savaşında vətən  övladları  güc və birlik göstərməyə davam edir. Yaşından, cinsindən,  təbəqəsindən, yaşadığı yerdən asılı olmayaraq  bu  gün Azərbaycan  vətəndaşları  rəşadətli Ordumuza istər maddi, istərsə də mənəvi dəstək olmaqda davam edir. Elə 91 yaşlı Tahir baba kimi…

Tahir baba ilə həmsöhbət olduğumuz zaman  Vətən sevgisi, torpaq həsrəti gözlərindən oxunurdu. Onun  sözlərinə görə, atasını 41-45-ci illərdə Atasını  itirdikdən sonra müharibənin   çətin və  acılı  nəticələrini  görüb.  Tahir baba  3 aylıq pensiyasını şanlı ordumuza bağışlamaqla  mənən  rahatlıq  tapdığını  deyir.

17 gündür davam edən Vətən savaşında Azərbaycan həm arxa cəbhədə, həm də ön cəbhədə zəfərlə irəliləyir. Qələbə bizimlədir! Çünki bizim   işimiz haaq işi,  yolumuz haqq  yoludur!

Paylaş

 Xəbəriniz olsun