90 yaşlı kişini maşın vurdu

  • SpaceTV
  • 21 Sentyabr 2020 15:01

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 90 yaşlı kişi dünyasını dəyişib.  Spacetv.az-ın məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Separadi kənd sakini, 33 yaşlı Hünər Rzayev idarə etdiyi “VAZ-2104” markalı avtomobil ilə Veravul kənd sakini, 90 yaşlı Fərman Qurbanovu vurub. Çoxsaylı sınıq xəsarətləri alan piyadanı sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Ağır yaralanan Fərman Qurbanov dərhal Reanimasiya şöbəsinə yerləşdirilib,  həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun