90 yaşlı dülgər

  • SpaceTV
  • 28 Noyabr 2019 16:05

O bölgənin, bəlkə də ölkənin ən yaşlı dülgəridi… Qazax rayonunun Hüseynbəyli kəndində yaşayan 90 yaşı Əhət Mirzəyev  hər gün səhər erkən emalatxanasına gələrək sifarişlərini qəbul edib taxta qapı, pəncərə, stol, stul, müxtəlif məişət əşyaları düzəldir… İşini sevən ustanın dincəlməklə də arası yoxdu. O deyir ki elə ki iş görmədi özünü narahat hiss edir… O, bir gün belə, işsiz qala bilmir. Bunun sirrini isə o gördüyü işə uzun illərdir ki bağlı  olması ilə izah edir. Hər adamın işi deyil bu yaşda olduqca təhlükəli olan avadanlığı işə salıb ağır taxtaları bir bir kəsib formaya salmaq, ölçü ilə kəsib əşyalar düzətmək… Hətta havaların soyuması da ustanı qorxutmur…

Əhət usta nəinki öz kəndlərinin işi hətta kənar kəndlərdən gələn sifarişləri də qəbul edib layiqincə öhdəsindən gələ bilir. Ailə üzvləri də onun işə bağlılığına hörmətlə yanaşır, ona dətsək olurlar. Kömək edənlər isə nəvələrdir.

Gördüyü işlə diqqətlə yanaşan dülgər elektikli kəsici avadanlıqların təhlükəli olmasını nəzərə alaraq ehtiyatlı davranır. Artıq buna öyrəncəli olduğunu deyən usta əsasən şam ağacı ilə iş tutur. Keyfiyyətli iş görməyə alışqan olan dülgər canında taqət olduqca işinin başında olacağını deyir… Nə deyirik … qoluna qüvvət Əhət usta!

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun