9 yaşlı uşaq prezidentə məktub yazdı – VİDEO

  • Space TV
  • 24 Avqust 2020 13:12

Bu gün 1 milyondan çox soydaşımız məcburi köçkün kimi müxtəlif regionlarda məskunlaşıb. Həmin ailələr illərdir ki, öz doğma yurd-yuvalarına qayıdacaqları günü gözləyirlər.Bu ailələrdə böyüyən uşalar da bu gün vətən üçün canından keçməyə hazırdır. Axı o torpaqlar həmin uşaqların ata-baba yurdudur.  Şuşa rayonundan məcburi köçkün olan 9 yaşlı uşaqdan danışacağıq. Space TV-nin məlumatına görə, azyaşlı dövlət başçımıza məktub yazaraq bildirib ki, o böyüyəndə hərbiçi olmaq istəyir. Ən böyük arzusu isə general olmaqdır. Buna səbəb isə Tovuz hadisələrində​ general mayor Polad Həşimovun şəhidlik zirvəsinə yüksəlməsidir.

Qürur, ləyaqət, vətən eşqi, torpaq uğrunda canını verməyə hazır olmaq. Uşağından tutmuş böyüyünə kimi bu müqəddəs hisslərlə yaşayan məğrur xalqım. Elə 1992-1993-cü illərdə də, 2016-cı ilin aprel döyüşlərində də düşmən bu xalqın gücünü, qüvvəsini, birliyini gördü. Çünki, bu millətin əsgəri də, zabiti də çiyin-çiyinə vuruşur, səngərdə tək qalan qorxaq erməni əsgəri kimi döyüşdən qaçmır. Elə, 40 gün öncə Polad Həşimov kimi əfsanəvi generalın ön xəttdə sıravi əsgərlə şəhid olması Azərbaycan ordusunun nə qədər möhkəm olduğunu göstərdi. Polad Həşimov şəhid oldu. Amma bu gün minlərlə polad qəlbli igidlərimiz qisas gününü gözləyir. 9 yaşlı Nihad da belə övladlarımızdandır. General olmaq arzusu ilə yaşayan Nihad ali baş komandan İlham Əliyevə məktub yazıb.

Məktub yazmaqda azyaşlıya ondan yaşca böyük qardaşı Nəbi kömək edib. Nəbi qardaşının arzusu ilə məktubu Tovuz hadisəsindən sonra yazdığını  bildirib.

9 yaşlı oğlan tezliklə ata-baba yurduna – Şuşaya qayıtmaq istəyir. O, haqqında valideynlərindən eşitdiyi qədim Azərbaycan torpağının gözəlliklərini görmək arzusundadır.

Nihat gələcək arzusuna çatmaq üçün dərslərini yaxşı oxuyur. General olmaq arzusunda olan 3-cü sinif şagirdi günün çox hissəsini kitablarla keçirir.

Emin Babayev, Şamo Adıgözəlov, Space TV 

Paylaş

 Xəbəriniz olsun