9 yaşlı uşağı it dişləyib

  • Space TV
  • 18 Dekabr 2019 12:09

Zaqatalada sahibsiz it 9 yaşlı uşağı dişləyib.

Xəsarət alan uşaq xəstəxanaya çatdırılıb.

Axşam saatlarında rayonun Qandax kənd sakini,9 yaşlı Əli Kərimov kənd ərazisində sahibsiz itin hücumuna məruz qalıb.İt dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olan 9 yaşlı Ə. Kərimova sol qolun xəsarəti diaqnozu qoyulub,quduzluğa qarşı peyvənd vurulduqdan sonra o, evə buraxılıb.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun