9 yaşlı Asimanın sizin köməyinizə ehtiyyacı var. Onun sağlam həyata qovuşmasında siz yardımçı ola bilərsiz.

  • Space TV
  • 18 Aprel 2020 16:46

9 yaşlı  Asiman Ağayeva  kəskin leykoz xəstəliyindən əziyyət çəkir. 4 aydır yataq xəstəsi olan bu balaca qızcığaz qan xərçəngidir. Onun mütəmadi olaraq müalicə olunmağa ehtiyacı var.

 Hər bir valideynin arzusudur ki, övladı sağlam olsun. Elə Elnarə Ağayeva  da qızının ayağa qalxması üçün Space-in yardımsevər tamaşaçılarından kömək istəyir.

Unutmayaq ki, bizə, sizə uzanan hər bir əl yardıma möhtacdır. Bizdə bu balaca qızın əlini boş qaytarmayıb, ona əlimizi uzadaq. Necə deyərlər əl tutmaq Əlidən qalıb. Əgər siz Asimanın sağlamlığına qovuşmasına vasitəçi olmaq istəyirsinizsə, 070 714-14-38, 050 534-05-29, mobil nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Gəlin bu körpəyə kömək edib sağlam həyat bəxş edək ki, uca yaradan da bizim köməyimizə çatsın.

NURLAN OKTAYOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun