9 noyabr dövlət bayrağı günü

  • SpaceTV
  • 9 Noyabr 2019 16:31

Hər bir xalqın tarixində elə xüsusi günlər olur ki, həmin günlərlə hər zaman qürur duyulur. Bizim də daim qürur duyduğumuz, əlamətdar günlərimiz var. Həmin günlər kimi 9 noyabr Dövlət Bayrağı Günü və 12 noyabr Konstitusiya Gününü qeyd etmək olar. Masallı sakinləri də bu günləri xüsusi qeyd ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranan Azərbaycan SSR-in bayrağı 5 dəfə dəyişdirilsə də, milli bayrağımız xalqımızın qəlbində hər zaman yaşayıb və dövlətin əsas atributu kimi qəbul olunub. Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalandı, nəticədə 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edildi. Dövlət bayrağına olan məhəbbətin heç bir yaşı və cinsi olmur.  Elə Masallıda da rayon sakinlərinin iştirakı ilə üçrəngli dövlət bayrağına olan məhəbbət və sevgi bir daha ifadə olunub. Eyni zamanda 12 noyabr Konstitusiya Günü ərəfəsində dövlətçilik ənənələrimizdən bəhs edilib. 

İki əlamətdar günə həsr olunmuş mərasim Masallı rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Məktəbəqədər təhsil müəssisələrinin balaca fidanları da öz rəngarəng çıxışları ilə dövlət bayrağına olan sevgilərini nümayiş etdiriblər.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun