833 gənc şəxsi biznesini quracaq

  • SpaceTV
  • 30 Noyabr 2019 16:08

İlk mərhələsi başa çatan proqram üzrə ümumən ölkədə 2500 məcburi köçkün gəncinin peşə təlimlərinə cəlb olunması, seçdikləri sahələr üzrə biliyə yiyələnməsi, təcrübə əldə etməsi, təlimlərin sonunda sertifikat və avadanlıqlar alması nəzərdə tutulub. Layihənin şərtlərinə uyğun olaraq, proqram 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə köçkün gənclərdən 833 nəfəri  6 ay  peşə və 3 ay kompüter bacarıqları üzrə təlimlər keçib. Təlimləri uğurla başa çatdıran gənclər əlavə olaraq, 15 günlük  “Biznesin idarə olunması” təlimlərinə cəlb edilib.

Peşə təlimlərini və biznes təlimi üzrə imtahanları qənaətbəxş səviyyədə başa çatdıran, biznes planları layihənin İcraçı Komitəsi tərəfindən təsdiq edilən gənclərə, öz bizneslərini formalaşdırmaq üçün, bu il noyabr ayının 19-dan etibarən alət və avadanlıqlar verilməsinə başlanılıb.

Gəncədə keçirilən tədbirdə də bir qrup gəncə seçdikləri peşələrə uyğun alət və avadanlıqlar verilib.

Qeyd edək ki, Layihə çərçivəsində məcburi köçkün gənclər  40-dan çox istiqamət – mühasib, dərzi, çilingər, dülgər, bərbər, plastik qapı-pəncərə ustası, dizayner, mebel ustası, xalçaçı, fotoqraf, şirniyyatçı, rəngsaz, qaynaqçı, qaz operatoru, kompüter operatoru və s.  peşələr üzrə təlimlərdə iştirak ediblər.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun