80 yaşlı kişi qadını boğazından bıçaqlayıb

  • SpaceTV
  • 19 Sentyabr 2019 14:48

Hadisə  gecə saatlarında Nəriman Nərimanov küçəsində yerləşən mənzildə qeydə alınıb.

Belə ki, 1939-cu il təvəllüdlü Səlimov Məzahir Nağı oğlu Nəriman Nərimanov küçəsində yerləşən mənzildə yaşayan 1975-ci il təvəllüdlü Fidan Babayeva ilə mübahisə edib. O, mübahisə zəminində F.Babayevanın boğazına bir neçə bıçaq zərbəsi vurub.

Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən  vəziyyəti ağır qiymətləndirilir. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları,  hadisəni törədən şəxsi saxlayıb.  Hadisənin hansı səbəbdən baş verməsi hələki məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nurlan Piriyev Space

Paylaş

 Xəbəriniz olsun