8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü – VİDEO

  • Space TV
  • 14 Avqust 2020 13:28

Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Space TV-nin xəbərinə görə, rayon sakini, 8 yaşlı Yusif Ramin oğlu Məmmədov həyətdə oynarkən yıxılıb. Azyşalı yıxılan zaman əlində olan bıçaq qoluna batıb. Yaxınları onu əvvəlcə Tərtər rayon Mərkəzi Xəstəxanasına aparıb. Uşağın vəziyyəti ağır olduğu üçün  Bərdə rayon Mərkəzi Xəstəxanasına göndərilib. Reanimasiya Şöbəsinə yerləşdirilən azyaşlı həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, azyaşlının şah damarı kəsildiyi üçün xəstəxanaya çatdırılanda artıq xeyli qan itiribmiş. O səbəbdən də onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev, Şamo Adıgözəlov, Space TV

Paylaş

 Xəbəriniz olsun