8 yaşlı qız sizdən kömək gözləyir!

  • SpaceTV
  • 28 Sentyabr 2019 13:12

Deyir və başını bacısının çiyninə söykəyib, kövrəlir. Bu niskilin səbəbini öyrənməyə çalışırıq. Məlum olur ki, evdə fərdi qaydada təhsil alan 8 yaşlı bu balamız əlaçı olsa da ayaqları yerimir.

Deyirlər ümid sonda ölür.  İsmayılovlar ailəsi inanır ki, övladları yeriyəcək və danışacaq. Söhbət  Ağdam rayon sakini, 8 yaşlı Zəhradan gedir. Azyaşlının anası bildirir ki, serebral iflic xəstəliyindən əziyyət çəkən azyaşlı ekizlərdən biridir. Özü də ki, yarımçıq, 7 aylığında doğulub. Bir uşaq inkişaf etsə də, digəri inkişafdan qalıb. Onun serebral iflic xəstəliyndən əziyyət çəkməsindən isə valideyinləri 8 aylığında olarkən xəbər tutub. 

İllərdi ki, bu xəstəlikdən əziyyət çəkən Zəhra müxtəlif müalicələr alıb.

Ailənin 6 uşağından biri olan qız danışır, əqli cəhətdən də heç bir problemi yoxdur. Ancaq ayaqları yerimir ki, yerimir…

Anası danışır ki, Zəhranın yerlərdə bu cür sürünməsi onu bir valıideyin olaraq, çox üzür.

Bütün ailə, hətta balaca bacıları da ona dəstəkdir. Amma onlar da Zəhranın bu cür acı çəkməsini istəmir.

Baxmayaraq ki, evdə təhsilini axsatmır, amma o da həmyaşıdları kimi məktəbə getmək isytəyir.  

Həkimlərin dediyinə görə, Zəhra əməliyyat olunarsa,  yeriyəcək.

Indi bu ailə sizə güvənir və sizə inanır. Balaca qızcığaza kömək etmək istəyənlər bax elə indi 050 967 – 29- 89 nömrəsinə zəng edib, ona dəstək ola bilərlər. Unutmayaq ki, Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər və bu miqdarda kömək etməsini istər. O səbədən də gəlin az olanı verməkdən utanmayaq, müqəddəs kitabımızda da buyrulur ki, heç verməmək ondan da azdır. Odur ki, elə bu dəqiqələrdə bu nömrələri yığıb, balaca qızcığazın həyatını xilas etməyə tələsək.

Emin Babayev Şamo Adıgözəlov Space 

Paylaş

 Xəbəriniz olsun