8 nəfər qəzaya düşdü

  • SpaceTV
  • 4 Noyabr 2019 15:25

Bərdədə qohumlarına köməyə gedən 8 nəfər qəzaya düşdü .

Rayonun Bakı küçəsində qəzaya düşmüş qohumlarının köməyinə gedən rayon sakinləri özləri də qəzaya düşüb. Xəsarət alan 7 nəfər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzada xəsarət alanların şəxsiyyətləri artıq məlumdur. Bərdə rayon sakinləri

1958-cil təvəllüdlü  Həsən Atakişiyev,

1989-cu il təvəllüdlü Vasif Vahid oğlu Qasımov,

1980-cı il təvəllüdlü Saleh islam oğlu Süleymanov,

1987-ci il təvəllüdlü Azər Camal oğlu Həsənov,

1967-ci il təvəllüdlü İradə Afil qızı Atakişiyeva,

2014-ci il təvəllüdlü Aysun qərib qızı Atakişiyeva,

1986-cı il təvəllüdlü Qərib Həsən oğlu Atakişiyev.

Daha 1 nəfər isə hadisə yerində ilkin tibbi müayinədən sonra evə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun