78 yaşlı qadını avtobus vurub öldürdü

  • SpaceTV
  • 4 Noyabr 2019 12:43

Abşeron rayonunda marşurut 78 yaşlı qadını vurub.

SPACE TV xəbər verir ki, hadisə Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1975-ci il təvəllüdlü Məlikov Yalçın Əliağa oğlu ayın 3-ü saat 12 radələrində Hökməli qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası marşurut xətti ilə hərəkət edən sərnişin avtobusu ilə qəsəbənin sonuncu dayanacaq istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1941-ci il təvəllüdlü Məmmədova Gülcahan Qabil qızını vurub.

Hadisə nəticəsində qadın müxtəlif bədən xəsarətləri alıb. Qadın sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Paylaş

 Xəbəriniz olsun