750 baş heyvan xəstəlikdən ölüb?

  • SpaceTV
  • 21 Fevral 2020 15:49

Fermer iddia edir ki, naməlum xəstəlik bir anın içərisində heyvanın qarnının partlamasına səbəb olur və sonradan qısa vaxtda  həmin heyvan tələf olur.Elə yüzlərləxırdabuynuzlunun  qırılmasına  səbəbdə həmin xəstəliyin bu vaxta kimi müəyyən edilməməsidir.Görüntülər Abşeron rayonunun qış otlaq sahəsində uzun illərdir  fermer kimi fəaliyyət göstərən Seyran Kərimovun fermasındandır.

Seyran Kərimov deyir ki, heyvanlar arasında xəstəlik dekabr ayının əvvəlində baş qaldırıb.Həmin vaxt fermaya dəvət olunan Abşeron Baytarlıq İdarəsinin həkim briqadası  yayılan xəstəliyin labaratoriyada  müəyyən edilməsi üçün  ölmüş və diri heyvanlardan nümunələr götürüblər.

Bundan başqa nümunələr QTA-də təqdim  olunub.

Fermerin müraciəti əsasında KTN-nin baytarlıq Elmi –Tətqiqat İnstititunun əməkdaşları Seyran kərimova məxsus xırda buynuzlu heyvanlardan ibarət sürüdə iki ay ərzində baş vermiş naməlum ölüm hallarını yerində araşdırmaq üçün fermere məxsus təsərrüfatda olublar.

Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq elmi –tədqiqat institutunun direktoruSiyalə Kərimovanın sözlərinə görə götürülmüş nümunələr və 2 baş heyvanda aparılan müayinə və müalicələr bir daha onu deməyə əsas verir ki, fermerin yatağında hazırda heç bir xəstəlik yoxdur, heyvanların tələf olmasına səbəb isə xüsusi müdaxilədir.

Qida Təhlükəsizlik Agentiyindən isə həmişəki kimi yenədə mövzu ilə bağlı mövqe öyrənmək müşkülə çevrildi. Biz agentliyin laboratoriyasına  təqdim olunmuş nümunələrin cavabını öyrənmək istəyirdik.Agentlikdən isə  “bütün  suallara KTN-dən  cavab verilibdə daha bizə nə ehtiyac var”,  deyə suallarımız cavablandırmaq istəmədilər.

Fermer Seyran Kərimov iddia edir ki, onun qoyunlarının qırılmasına səbəb naməlum xəstəliyin vaxtında aşkar edilməməsidir.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun