75 ildir ki, itkin idi -Yaponiya yaxınlığında tapıldı

  • SpaceTV
  • 12 Noyabr 2019 16:31

İkinci Dünya Müharibəsi əsnasında batan və 75 ildir itkin olan bir dənizaltı Yaponiya yaxınlığında tapılıb.

SPACE TV xarici mediaya istinadla bildirir ki, 80 amerikalı dənizçinin məzarı olan dənizaltının tapılması itkin düşən insanların ailələrinə böyük sevinc yaşadıb. 75 il əvvəl “Pearl Harbor” limanından ayrılan “USS Grayback” adlı dənizaltı Yaponiya yaxınlığında, okeanın 1400 mil dərinliyində müəyyən olunub.

Dənizaltının batırılmadan əvvəl 14 düşmən gəmisini batırdığı və daha sonra bir bombalamaya məruz qaldığı güman edilir.

Paylaş

 Xəbəriniz olsun