7,3 ballıq zəlzələdən sonra güclü sunami xəbərdarlığı edildi

  • Space TV
  • 17 İyul 2020 10:53

Papua-Yeni Qvineya sahillərində baş vermiş güclü zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Bu barədə “Associated Press” məlumat yayıb.

7,3 bal gücündə zəlzələ Popondetta şəhərinin yaxınlığında, yerin səthindən 80 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələnin episentrindən 300 kilometr məsafədə sahil bölgələrinə güclü sunami ilə bağlı xəbərdarlıq göndərilib.

Paylaş

 Xəbəriniz olsun