7 yaşlı qız Şaxta babaya məktub yazaraq ev və oyuncaq istədi

  • SpaceTV
  • 21 Noyabr 2019 17:55

İngiltərənin Liverpul şəhərində anası ilə birlikdə hosteldə yaşayan 7 yaşlı qız Şaxta babaya məktub yazaraq “Bir evimiz və oyuncağım olsun” deyib.

SPACE TV xarici mediaya istinadla bildirir ki, adı açıqlanmayan uşağın bir yardım mərkəzində dilək qutusuna atdığı məktub bələdiyyə üzvü Gerard Vudhouse tərəfindən sosial mediada paylaşılıb.

Məktubda bu sözlər yazılmışdı “Əziz Şaxta baba bizə kömək etməyini xahiş edirəm. Yeni ildə bir evimiz olsun istəyirəm. Bayramda bizə yemək göndərə bilərsən? Bir də oyuncağım olmasını istəyirəm. Təşəkkür edirəm”

Məktub internetdə çox sayda insan tərəfindən paylaşıldıqdan sonra “Gofundme” adlı yardım saytında kampaniya başladılıb və 6 min sterlinq yardım toplanılıb.

Bələdiyyə işçiləri uşaq üçün çox sayda yardım təklifi gəldiyini və növbəti ildə ailənin bir evə köçürələcəyini bildirib.

Paylaş

 Xəbəriniz olsun