Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 6 məhkum azadlığa buraxılıb.
SPACE TV xəbər verir ki, müəssisədən azadlığa buraxılan ən yaşlı məhkum 1945-ci il təvəllüdlüdür.
Digər məhkumlardan 2 nəfər 1952-ci il, 1 nəfər 1953-cü il, 1 nəfər 1954-cü il, 1 nəfər isə 1955-ci il təvəllüdlüdür.
Əfv edilən 6 nəfər məhkum Cəzaçəkmə müəssisəsində həkim müayinəsindən keçirilərək azadlığa buraxılıblar.