İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına günvurma ehtimalı ilə 7 nəfər müraciət edib.
İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına günvurma ehtimalı ilə 3-ü kişi, 4-ü qadın olmaqla 7 nəfər müraciət edib. Hadisə axşam saatlarında kartof sahəsində qeydə alınıb. Sahədə işləyən rayonun Təzəkənd kənd sakinləri – 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri – 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Sözün gedən şəxslər özlərini pis hiss etdiklri an əvvəlcə zəhərlənmə olduğunu düşünüblər. Lakin həkimlərin sözlərinə görə, adı çəkilən şəxsləri Gün vurub.
Faktla bağlı araşdırma aparılır
Vahid Fəxri İsmayıllı Space