655 AZN-ə 8 ölkə Gəzdi

  • SpaceTV
  • 14 Oktyabr 2019 13:14

O, cəmi 655 azn-ə 8 ölkəni gəzib. Qiymətə aviabilet və hostel xərcləri daxildir. Bu ölkələr Gürcüstan, Latviya, Litva, Norveç, İsveç, Danimarka, Almaniya və Türkiyədir. O, bildirir ki, bunun üçün ən əsası aşağı büdcəli səfərlər etmək üçün sentyabr və mart ayı aralığını seçmək lazımdır.

Bu vaxta kimi 22 ölkə, 30-dan çox şəhəri gəzən Nəcməddinin  bu şəhərlər içərisində ən çox bəyəndiyi  Barselonadır.  

Onun səyahət edərkən hətta küçədə gecələdiyi də olub.  Odur ki, içinizdə səyahət etmək həvəsiniz varsa,  o qədər də çox məbləğə ehtiyac yoxdur. Sadəcə seçimləri düzgün etmək lazımdır. Bu yolla Nəcməddin kimi siz də bir çox dünya ölkələrini gəzib kəşf edə bilərsiniz. Çalışın səyahət zamanı ruhunuza yaxın yol yoldaşınız olsun. Bu da ən az yolun, yolçuluğun özü qədər önəmlidir.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun